Image alternative text, required
TKTA tərəfindən Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində sertifikatların təqdimat mərasimi keçirilib.
Title

TKTA tərəfindən Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində sertifikatların təqdimat mərasimi keçirilib.

9 dekabr 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Avrasiya Universitetində sertifikatların təqdimat mərasimi təşkil olunub.

Tədbir çərçivəsində TKTA-nın Təlim və metodologiya şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatların tərtibi qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” və “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” mövzularındakı təlimləri uğurla tamamlayan akademik və inzibati heyət üzvlərinə sertifikatlar təqdim edilib.

Təqdimetmə mərasimində TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov, şöbənin əməkdaşları Vəfadar Rizvanlı, Bəyim Abdulla və Xədicə Kərimova ilə yanaşı, hər iki ali təhsil müəssisəsinin rəhbər şəxsləri iştirak ediblər.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlərin təşkili və bu istiqamətdə ali təhsil müəssisələrinə metodoloji dəstək göstərilməsi TKTA-nın əsas fəaliyyət istiqamətlərindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrində keyfiyyət standartlarının yüksəldilməsinə və beynəlxalq tələblərə uyğunlaşmasına xidmət edir.