Təhsildə Keyfiyyət Təminatı Agentliyi sahibkarlar və işəgötürənləri peşə təhsili üzrə prioritet ixtisasların müəyyən edilməsi ilə bağlı sorğuda iştirak etməyə dəvət edir.
Qeyd edək ki, peşə təhsili üzrə qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti istiqamətində qiymətləndirmə və tanınması həyata keçiriləcək ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyən edilir. Mütəmadi olaraq keçirilən sorğuların əsas məqsədi əmək bazarında ixtisaslı kadrların sayının artırılması və işsizliyin aradan qaldırılması istiqamətində vətəndaşlara dəstək olmaqdır.
Yekunda sorğunun nəticələri hesabat formatında ictimailəşdiriləcəkdir.
Sorğuda iştirak üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.