Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanın rəhbərlik etdiyi nümayəndə heyəti 18 aprel 2022-ci il tarixində Niderland Krallığının Haaqa şəhərinə işgüzar səfər ediblər.
Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri və Agentliyin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov Azərbaycanın Niderland Krallığındakı səfirliyində qonaq olublar. Görüşdə Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri cənab Fikrət Axundov nümayəndə heyətini qəbul edib holland dilində nəşr olunan “Azərbaycan nağılları” kitabını TKTA rəhbərliyinə təqdim edib.
Səfər Niderland Krallığının Akkreditasiya Təşkilatı (NVAO) arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq kimi vacib məsələlərin müzakirəsi kimi vacib amilləri özündə ehtiva edir.