Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Vision Academy arasında əməkdaşlıq memorandumu çərçivəsində “İnteryer və Eksteryer dizayn” sahəsi üzrə peşə hazırlığı təlimlərində iştirak edən tələbələrlə “Qeyri-formal və informal təhsilin tanınması” mövzusunda seminar təşkil edilib.
Seminarda çıxış edən qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif vasitələrlə peşə sahələrini öryənən və çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. Bununla yanaşı imtahanlada iştirak üçün qeydiyyat mərhələsi və imtahan prosesi barədə geniş şəkildə məlumat verilmişdir. Sonda TKTA tərəfindən təqdim edilən sertifikat və diplom əldə edən şəxslərin əmək bazarına inteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasının əhəmiyyəti qeyd edib.
Seminar zamanı iştirakçılara həmçinin TKTA-nın fəaliyyət istiqamətlərinə dair geniş məlumat verilib. Eyni zamanda, tələbələrin sualları ətraflı və geniş şəkildə cavablandılıb.