Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC-nin maliyyə dəstəyi ilə “Peşəkar qadınlar” layihəsi çərçivəsində dərzi, qənnadçı, şirniyyatçı, bərbər-vizajist-manikürçü və zərgər peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə olunan bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması məqsədilə müraciətlərin qəbulunu elan edir.
Layihə çərçivəsində sözügedən peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan, lakin bacarıq və təcrübəyə malik qadınlar qeyri-formal və informal təhsilin tanınması prosesinə cəlb olunaraq müvafiq imtahanlardan keçib TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd əldə edəcəklər.
Qeydiyyat üçün ərizəçilər yerləşdirilmiş keçiddən istifadə edə bilərlər.