Image alternative text, required
TKTA özəl sektor nümayəndələri ilə əməkdaşlığa davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “DABLY” MMC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə müqavilə imzalanıb.

 

Əməkdaşlıq çərçivəsində Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq  “DABLY” MMC-nin təsisçisi və direktoru Leyli Zalova cəlb edilmiş və eyni zamanda sözügedən müəssisənin istehsalat bazasında müvafiq peşə ixtisası üzrə imtahanların təşkil olunması ilə əlaqədar razılıq əldə edilib

 

Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

 

Qeyd edək ki, cari ildə qiymətləndirilməsi və tanınması həyata keçirilən ixtisaslar üzrə əməkdaşlıq etmək istəyən müəssisələr info@tkta.edu.az elektron ünvanından və yaxud yazılı formada rəsmi müraciət edə bilərlər.

 

Məlumat üzrə qeyd edək ki, Agentlik cari ildə adları aşağıda əlavə olunmuş ixtisaslar üzrə qiymətləndirmə və tanınmanı həyata keçirir:

 

  1. Bərbər
  2. Bağban-dekorator 
  3. Qənnadçı-şirniyyatçı 
  4. Tikiş avadanlıqlarının operatoru, tikişçi 
  5. Baytar texniki  
  6. Mobil telefonların təmiri ustası
  7. Plastik boru qaynaqçısı 
  8. Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar
  9. Elektrik qaz qaynaqçısı 
  10. Turizm sahəsində iaşə üzrə mütəxəssis 
  11. Avtomobillərin təmiri üzrə çilingər 
  12. Aşpaz