Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Aysel Kərimli İtaliyanın Roma şəhərində kvalifikasiyaların tanınması sahəsində İtaliyanın əsas Milli Məlumat Mərkəzi olan CIMEA-nın təşkilatçılığı ilə “Lissabon Tanınma Konvensiyası” üzrə Boloniya prosesinin Tematik İşçi Qrupunun 7-ci görüşündə iştirak edib.
Görüşdə “Alternativ tanınma yolları”, “Avtomatik tanınma”, “Rəqəmsal texnologiyanın potensialından tanınma prosesində istifadə olunması” kimi mövzular ətrafında detallı müzakirələr aparılıb.
Görüşün ilk günü Lissabon Tanınma Konvensiyasının həyata keçirilməsinə şərait yaradan hüquqi bazanın yaradılması, qaçqın və məcburi köçkünlərin kvalifikasiyalarının tanınması, kvalifikasiyaların akdemik tanınması kimi mövzular müzakirə edilib. Regional tanınma konvensiyalarının əsas prioritetləri mövzusuna həsr olunmuş iclasın ikinci günü Tematik İşçi Qrupunun ötən il ərzində gördüyü işlərə dair hesabatla yekunlaşıb.