Image alternative text, required
TKTA nümayəndəsi Finlandiya və Estoniyada baş tutan “Təhsilverənlərin tədris peşəkarlığının inkişaf etdirilməsi” ilə bağlı tədbirdə iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlimmetodologiya şöbəsinin baş məsləhətçisi  Vəfadar Rizvanlı 17-20 sentyabr tarixlərində Finlandiyanın  Helsinki və Estoniyanın Tallin şəhərlərində baş tutan  “Təhsilverənlərin tədris peşəkarlığının inkişaf etdirilməsi” təlim proqramında iştirak etmişdir. Təlim Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi və Avropa Təlim Fondu (ETF) tərəfindən birgə təşkil olunmuşdur.

 

Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin təhsil sistemlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə iştirakçılar müxtəlif təhsil pillələri üzrə müəllim hazırlığı sahəsində Finlandiya və Estoniya təcrübələri ilə yaxından tanış olmuş, ümumtəhsil, peşə ixtisas və ali təhsil müəssisələrinə sahə səfərlərində iştirak edərək müəssisələrin akademik və inzibati heyəti ilə müzakirələr aparmışdır.

 

Tədbirin ikinci günündə Finlandiya Təhsil Qiymətləndirmə Mərkəzi (FİNEEC) ilə görüş keçirilmiş, təhsildə keyfiyyət təminatı sahəsində Finlandiya təcrübəsi ilə bağlı təqdimat dinlənilmişdir.