Image alternative text, required
TKTA nümayəndələri beynəlxalq layihə çərçivəsində ekspertlərlə görüşdə iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri  və  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda layiqli iş imkanlarının yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dəstək” layihəsinin beynəlxalq ekspert qrupu arasında əməkdaşlıq görüşü həyata keçirilib.

Baş tutan görüşdə Azərbaycanda mövcud olan peşə təhsili, təhsil standartları, qeyri-formal və informal təhsilin tanınması imkanları mövzusunda fikir mübadiləsi aparılaraq layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində TKTA ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən atılacaq  birgə addımlar müzakirə edilib.  

Qeyd edək ki, layihənin əsas məqsədi  ölkəmizdə ömürboyu təhsilə təşviq etmək, layiqli iş yerlərinin yaradılmasına dəstək göstərmək, karyera planlaması və karyera məsləhəti xidmətləri ilə gənclərə və həssas qrupdan olan əhaliyə daha effektiv xidmətin göstərilməsini təmin etmək və iş mühitində gender əsaslı diskriminasiyanı aradan qaldırmaqdan ibarətdir.