TKTA-nın İdarə Heyətinin üzvü İlham Hümbətov və Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova Portuqaliyada baş tutan Avropa Keyfiyyət Təminatı Forumunda (EQAF) iştirak edib.
Avropa Keyfiyyət Təminatı Forumu ali təhsildə keyfiyyət təminatının beynəlmiləlləşdirilməsinə, transmilli təhsil və əməkdaşlıq sahəsində yaranan problemlərin və imkanların həlli üçün yeni siyasətlərin, tendensiyaların və təcrübələrin araşdırılmasına yönəldilib.
Səfər çərçivəsində Agentliyin əməkdaşları müxtəlif mövzularda keçirilən plenar müzakirələrdə iştirak edib.