Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kvalifikasiyaların tanınması üzrə ekspert qrupunun əməkdaşları İtaliya Respublikasının Akademik Mobillik və Tanınma üzrə Məlumat Mərkəzinin (CIMEA) təşkilatçılığı ilə baş tutmuş “Avtomatik Tanınma: Milli və Beynəlxalq səviyyədə siyasət, praktika və alətlər” mövzulu vebinarda iştirak ediblər.
Lissabon Tanınma Konvensiyası Komitəsinin prezidenti və İtaliya Respublikası Akademik Mobillik və Tanınma üzrə Məlumat Mərkəzinin(CIMEA) direktoru Luka Lantero vebinarın giriş hissəsində müzakirələrin məqsədi və avtomatik tanınma barədə ümumi izahat verib.
İtaliya Respublikası Universitetlər və Tədqiqat Nazirliyi Beynəlxalq Araşdırmaların Planlanması üzrə dicraçı direktoru Gianluigi Consoli də avtomatik tanınma üzrə prossesin həyata keçirilməsinin müsbət tərəfləri və ortaya çıxa biləcək problemlərlə bağlı vebinar iştirakçılarını məlumatlandırılıb.
Vebinarın sonraki gedişində direktor Luka Lantero bu istiqamətdə aparılmış sorğuların, iştirak üçün meyillilik səviyyəsi və ümumilikdə prosesin necə başa düşüldüyü barədə suallara verilən cavabların statistikasını iştirakçılarla bölüşüb.
Vebinarın yekun hissəsində avtomatik tanınma anlayışının beynəlxaq konvensiya və sənədlərdəki müddəalarla uyğunluğu, həmçinin, tanınma prosesinin daha da sürətləndirilməsi üçün müraciətlərin qəbulunda elektronlaşmanın əhəmiyyəti müzakirə olunub.