Image alternative text, required
TKTA-nın tanınma üzrə ekspert qrupu növbəti beynəlxalq vebinarda iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kvalifikasiyaların tanınması üzrə ekspert qrupu Akademik Kvalifikasiyaların Qiymətləndirilməsi İnstitutu (ACEI) və Toronto Universitetinin təşkilatçılığı ilə təşkil olunmuş "İran-Təhsil sistemi və tanınma prosedurları" mövzulu vebinara qatılıb.

 

Toronto Universitetinin təhsil məsələləri üzrə nümayəndəsi Ghaffaria Sara-nın təqdimatı və İnstitutun rəhbəri Jasmin Saidi-Kuenhertin moderatorluğun ilə baş tutmuş təlimdə İranın təhsil sistemi barədə ətraflı məlumat verilmiş, mövcud təhsil səviyyələrinin Avropa Kvalifikasiyalar Çərçivəsinə münasibətdə uyğunluğu iştirakçıların diqqətinə çatdırıb.

Vebinar zamanı İran ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları və bu istiqamətdə müvafiq səlahiyyətli qurumlar barədə danışılmış və dolğun kommunikasiyanın aparılması üçün istinad edilməli olan rəsmi mənbələr qeyd olunub.

 

Yekun olaraq, İran ali təhsil sənədlərinin tanınması zamanı ekspertlərin diqqət yetirməli olduqları məqamlara vizual örnəklərlə toxunulmuş, müzakirə sonunda müxtəlif ölkələrdən olan ekspertlərin sualları cavablandırılıb.