Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kvalifikasiyaların tanınması üzrə ekspert qrupu “Tanınma – Diqqət mərkəzində” layihəsi çərçivəsində Avropa Universitetlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş vebinarda iştirak edib.
Avropa Universitetlər Assosiasiyasının ali təhsil siyasəti üzrə ali nümayəndəsi Hovard Deyvisin moderatorluğu ilə aparılan müzakirələrdə ali təhsil müəssisələrinin xarici tələbə qəbulu zamanı, xüsusilə Erasmus+ kimi mübadilə proqramları çərçivəsində namizədlərin xarici ali təhsil kvalifikasiyalarının ilkin qiymətləndirilməsi ilə bağlı təcrübələr paylaşılıb, o cümlədən, müvafiq meyarlar və innovativ yanaşmalar barədə fikir mübadiləsi aparılıb.
Vebinar zamanı mövzu ilə bağlı təqdimatla çıxış edən təşkilatçı qurumun təhsil siyasəti üzrə təhlilçisi Helena Peterbauer tərəfindən tanınma prosedurunda qurumların öz tanınma alətlərinin formalaşdırılması meyarları barədə izahlar verilib və bu meyarların müəyyən istiqamətlər üzrə qruplaşdırılması təcrübəsi iştirakçıların diqqətinə çatdırılıb.
Yekun olaraq, xarici ali təhsilə aid kvalifikasiyalarının tanınması konteksində ortaya çıxan problemlər, çətinliklər haqqında vebinar iştirakçıları arasında onlayn sorğu keçirilib, suallar cavablandırılıb və bu istiqamətdə təkliflər səsləndirilib.
Q.Qarayev prospekti 2B (Bakı Texniki Kolleci). AZ 1060, Azərbaycan, Bakı. Agentliyə giriş Kamil Balakişiyev küçəsi.