Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndəsi 2021-2024-cü illər üzrə Keyfiyyət Təminatı sahəsində əməkdaşların mobilliyini nəzərdə tutan “Implementation and Innovation in QA through peer learning” (IMINQA) layihəsi çərçivəsində Niderland Krallığının Haaqa şəhərində təşkil olunmuş görüş və müzakirələrdə iştirak edib.
Mübadilə proqramında TKTA-nı Analitik təhlil şöbəsinin böyük məsləhətçisi Ülviyyə Gözəli təmsil edib.
Səfər zamanı Niderland Krallığının “Təhsil sisteminin rəqəmsallaşması” mövzusunda təcrübəsinin öyrənilməsi məqsədilə Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) ev sahibliyi ilə bir sıra silsilə görüşlər təşkil olunub.
Belə ki, görüşlər zamanı NVAO-da tətbiq olunan rəqəmsallaşma prosesi, bu məqsədlə istifadə olunan platformalar, tələbə məlumat sistemi, akkreditasiya prosesində məlumat mübadiləsi kimi mövzularda müzakirələr aparılmış, qarşılıqlı olaraq hər iki ölkənin təcrübəsi paylaşılıb.