20-25 noyabr tarixlərində “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədovanın Portuqaliya Respublikasına işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində Agentliyin əməkdaşları ilkin olaraq Lissabon şəhərində Portuqaliyanın Milli Kvalifikasiyalar, Peşə Təhsili və Təlimi Agentliyinin (ANQEP) məsul əməkdaşları ilə görüşüblər. Görüş çərçivəsində qeyri-formal və informal təhsilin tanınması, sözügedən kvalifikasiyaların tanınması zamanı xarici və daxili keyfiyyət təminatının mövzularında qarşılıqlı müzakirə aparılıb və gələcəkdə iki qurum arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanları vurğulanıb.
Daha sonra TKTA-nın nümayəndələri Lissabon və Aveiro şəhərlərində qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin həyata keçirildiyi kvalifikasiyaların tanınması mərkəzlərinə baş çəkiblər. Burada Agentliyin əməkdaşları mərkəzlərin iş prinsipi, infrasturkturu, təcrübəsi ilə tanış olub, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.