Image alternative text, required
TKTA-nın nümayəndələri Avropa Təlim Fondunun beynəlxalq tədbirində iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliynin nümayəndələri Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı və Türkiyə Respublikasının Peşə Kvalifikasiyaları Agentliyinin tərəfdaşlığı ilə Ankara şəhərində keçirilən “Qeyri-formal və informal təhsilin tanınması mexanizmlərinin təkmilləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak ediblər.

Tədbirin əsas məqsədi tərəfdaş ölkələrdə qeyri-formal və informal yollar ilə əldə edilən kvalifikasiyaların tanınması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində şəbəkələşmə qrupunun yaradılması, Avorpa İttifaqına (Aİ) üzv və tərəfdaş ölkələrin ən yaxşı təcrübələrinin öyrənilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, Avropa İttifaqı tərəfindən hazırlanmış metodoloji vəsaitlərin müzakirə olunması, eyni zamanda Türkiyə Respublikasının ən yaxşı təcrübələri ilə iştirakçıları yaxından tanış etmək olub.

Sonda Avropa Təlim Fondunun təşəbbüsü ilə Fondun tərəfdaş ölkələrinin müvafiq qurumlarının iştirakı ilə birgə şəbəkənin yaradılması haqqında ilkin razılıq əldə edilib və gələcək planlar müzakirə olunub.