Image alternative text, required
TKTA-nın nümayəndə heyətinin Niderland Krallığına işgüzar səfəri davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığının Haaqa şəhərinə işgüzar səfəri davam edir.

 

Səfər zamanı Agentliyin İdarə Heyətinin sədri və Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov Niderland Krallığının Akkreditasiya Təşkilatı NVAO-nın rəhbərliyi ilə görüş əsasında tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası və qiymətləndirilməsi prosesində iştirak, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq kimi vacib məsələlərin müzakirəsi həyata keçirilib.

 

Səfər çərçivəsində TKTA-nın nümayədə heyəti Niderland Krallığının Təhsil, Mədəniyyət və Elm Nazirliyində qonaq olub. Görüşdə hər iki ölkənin ali təhsil sahəsində təhsilin keyfiyyətinin artırılması,ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasına töhvə verərək bu işdə qarşılıqlı təcrübə, məlumat və ekspert mübadiləsini təmin etmək kimi mövzularda fikir mübadiləsi aparılıb.