Image alternative text, required
TKTA-nın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq forumda iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı və Gürcüstanın Təhsildə Keyfiyyətin Artırılması üzrə Milli Mərkəzinin (NCEQE) ev sahibliyi ilə “Peşə təhsilində keyfiyyət təminatı” mövzusuna həsr olunan beynəlxalq forumda iştirak edib.

 

Forumda TKTA-nı Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev və şöbənin məsləhətçisi Zülfiyyə Şəfiyeva təmsil ediblər.

 

Forum iştirakçılarına Gürcüstanda peşə təhsili sistemi haqqında ətraflı məlumat təqdim edilib və müvafiq sahə üzrə ekspertlərlə görüşlər keçirilib. Forumun “Birgə ekspert qiymətləndirməsi” adlı son bölməsində Azərbaycanın ETF Forumu üzrə milli əlaqələndirici şəxsi Elmar Mustafayev “Gürcüstanda peşə təhsili üzrə qısamüddətli kursların təşkilində güclü və zəif tərəflər” mövzusunda təqdimatla çıxış edib.

 

Qeyd edək ki, üç gün davam edən tədbirdə Türkiyə, Albaniya, İsrail, Moldova, Bosnia və Herseqovina, Fələstin, Montenegro, Tunis, Mərakeş və Portuqaliyanın ETF Forumu üzrə milli əlaqələndirici şəxsləri iştirak edib.