Image alternative text, required
TKTA-nın nümayəndə heyəti ENIC-NARIC Şəbəkəsinin 30-cu birgə toplantısında Azərbaycanı təmsil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində ENIC-NARIC Şəbəkəsinin 30-cu birgə toplantısında iştirak edib.

 

Tədbirdə ENIC-NARIC Şəbəkəsinin üzvlərinin iştirakı ilə xarici ölkələrdə əldə edilmiş ixtisasların tanınması sahəsində baş verən ən son yeniliklər, Lissabon Tanınma Konvensiyasının tanınma sahəsində tətbiqinin mövcud vəziyyəti, tanınma sahəsində mümkün innovativ və rəqəmsal yeniliklərin tətbiqi strategiyası müzakirə edilib.

 

Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məruzə ilə çıxış edərək, kvalifikasiyaların tanınması sahəsində Agentliyin təcrübəsini toplantı iştirakçıları ilə bölüşüb. Daha sonra  plenar və sessiya iclaslarında iştirak edən nümayəndə heyəti akademik tanınma sahəsində hazırkı vəziyyət və bu sahədə mövcud olan müxtəlif layihələr haqqında baş tutan müzakirələrdə iştirak edib.