Image alternative text, required
TKTA-nın nümayəndə heyəti Brüsseldə rəsmi səfər edib
Title

8-9 mart 2023-cü il tarixində Erasmus+ çərçivəsində həyata keçirilən "Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətinin Avropa Ali təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standart və Təlimatlara (ESG) uyğun təşkili (SEGA ESG II)" adlı layihənin Brüsseldə ilk idarəetmə görüşü keçirilib. Görüşdə sözügedən layihənin koordinatoru olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) rəhbər şəxsləri, ENQA-ya üzv agentliklərdən rəhbər şəxslər və EQAR nümayəndələri iştirak edib.

 

Adıçəkilən görüşdə layihənin tərəfdaşı kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edib.

 

Qeyd edək ki, TKTA ilə yanaşı layihədə Serbiya, Bosniya və Herseqovina və Ukraynanın ali təhsildə keyfiyyət təminatı üzrə agentlikləri tərəfdaş agentliklər kimi iştirak edib.

 

Görüşün əsas məqsədi “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatların” (ESG-nin) əhəmiyyətinin təbliğ olunması məsələlərini və eləcə də layihənin həyata keçirilməsi və dəstəklənməsi üçün tərəfdaş ölkələrin qanunvericilik bazasının rolunun müzakirə edilməsidir.

 

Görüşdə həmçinin, regionda yerləşən keyfiyyət təminatı agentlikləri və ali təhsil sistemləri arasında əlaqələrin qurulması və təcrübə mübadiləsininin aparılması imkanları da müzakirə edilib.