Image alternative text, required
TKTA-nın nümayəndə heyəti Böyük Britaniyada keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndə heyəti Böyük Britaniyanın Qlazqo şəhərində təşkil olunan “Kvalifikasiyaların tanınması sahəsində yeni çağırışlar”   adlı beynəlxalq konfransda ölkəmizi təmsil edib.

 

TKTA tərəfindən konfransda Kvalifikasiyaların tanınması departementinin direktoru Aysel Kərimli və Xarici kvalifikasiyaların tanınması şöbəsinin əməkdaşı Peyman Almasov iştirak ediblər.

 

Aysel Kərimli “Ən yaxşı təcrübələr və yeni yanaşma: xarici ölkələrin diplomlarının Azərbaycanda tanınması” mövzusunda çıxış edərək ölkəmizin ali təhsil sistemi, kvalifikasiyaların tanınması sahəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib və konfrans iştirakçılarının suallarını cavablandırıb.

 

 Qeyd edək ki, Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyasının (TAICEP) Şotlandiyanın Kvalifikasiyalar Agentliyinin dəstəyi ilə təşkil olunan konfransda 27 ölkənin kvalifikasiyaların tanınması üzrə ixtisaslaşmış müxtəlif təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.