Image alternative text, required
TKTA-nın nümayəndə heyəti beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Ukraynada işgüzar səfərdə olublar
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşları beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində Ukraynada işgüzar səfərdə olublar.

 

Səfər zamanı Ukraynanın Akademik Mobillik üzrə Milli Məlumat Mərkəzinin nümayəndələri ilə görüş təşkil olunub.

 

Belə ki, görüş zamanı Ukraynada transmilli təhsil üzrə kvalifikasiyaların tanınması proseduru, peşə tanınmasının həyata keçirilməsi üzrə tətbiq olunan metodlar, ixtisasın müəyyən edilməsi zamanı nəzərə alınan kriteriyalar barədə məlumat mübadiləsi həyata keçirilib.

 

Mərkəz nümayəndələri saxta diplomların müəyyən edilməsi ilə bağlı diqqət yetirilməli məqamlar və Lissabon Konvensiyasının iştirakçısı olmayan ölkələrin ali təhsil müəssisələrin akkreditasiyasının müəyyən edilməsi sahəsində mövcud təcrübəni bölüşüblər.

 

Ukraynanın ali təhsil müəssisələrindən məzun olmuş və ali təhsil ixtisasları ölkə ərazisində tanınmayan müraciətçilərlə bağlı müzakirələr aparılaraq, hər iki tərəfin ortaq təşəbbüsü ilə Ukrayna və Azərbaycan ali təhsil müəssisələrinə kvalifikasiyaların tanınması prosesi ilə əlaqədar marifləndirici seminarların keçirilməsi perspektivləri nəzərdən keçirilib.

 

Qeyd edək ki, Səfərin əsas məqsədi kvalifikasiyaların tanınması sahəsində iki dövlət arasında təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr olub.