29 sentyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov qəbul qrafikinə uyğun olaraq vətəndaşlarla görüşüb.
Görüşdə əsas müraciətlər xarici ölkələrin ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyaların tanınması məsələləri ilə bağlı olub. Qəbula yazılmış şəxsləri dinləyən İdarə Heyətinin sədri onların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin mövcud qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq göstərişlər verib.
Qeyd edək ki, sentyabr ayı üzrə qəbul cədvəlinə uyğun olaraq, Agentliyin rəhbərliyi, eyni zamanda struktur bölmə rəhbərləri tərəfindən ümumilikdə 6 dəfə olmaqla, 43 vətəndaşın qəbulu həyata keçirilib.
Məlumat üçün bildiririk ki, TKTA rəhbərliyi hər ay təsdiq olunmuş cədvələ əsasən vətəndaş qəbulu həyata keçirir. Qəbulda iştirak etmək istəyən şəxslər 146-8 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.