30 iyul 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun növbəti qəbul cədvəlinə uyğun olaraq vətəndaş qəbulu həyata keçirilib.
Qəbulda vətəndaşlar xüsusən, xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə etdikləri kvalifikasiyalarının tanınması ilə bağlı müraciət ediblər.
İdarə Heyətinin sədri qəbulda iştirak etmiş vətəndaşları dinləyib, onların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, iyul ayı üzrə qəbul cədvəlinə uyğun olaraq Agentliyin rəhbərliyi, eyni zamanda struktur bölmə rəhbərləri tərəfindən ümumilikdə 7 dəfə olmaqla, 49 vətəndaşın qəbulu həyata keçirilib.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula yazılmaq üçün 146-8 Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçə bilərlər.