Image alternative text, required
TKTA-nın İdarə Heyətinin sədri vətəndaşları qəbul edib
Title

19 mart 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov qəbul cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar əsasən, xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə etdikləri kvalifikasiyalarının tanınması ilə bağlı müraciət ediblər.

İdarə Heyətinin sədri qəbula yazılmış vətəndaşları dinləyib, onların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, mart ayı üzrə qəbul cədvəlinə uyğun olaraq Agentliyin rəhbərliyi, eyni zamanda struktur bölmə rəhbərləri tərəfindən ümumilikdə 7 dəfə olmaqla, 45 vətəndaşın qəbulu həyata keçirilib.

Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula yazılmaq üçün 146-8 Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçə bilərlər.