Image alternative text, required
TKTA-nın İdarə Heyətinin sədri ENQA-nın təşkil etdiyi Baş Assambleyada iştirak edib
Title

28 aprel 2022-ci il tarixində baş  tutan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) Baş Assambleyasında  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttərova iştirak edib.

 

Onlyan formatda təşkil edilən Assambleyanı giriş sozü ilə açan qurumun prezidenti görüşün gündəliyi və gündəlikdən irəli gələn məsələlər barədə iştirakçıları məlumatlandırıb.

 

Görüşdə Assosasiyaya tam hüquqlu və qoşulmuş üzv statusunda olan regional təşkilatların üzvlük müraciətləri müsbət dəyərləndirilərək növbəti dövr üçün üzvlük hüquqlarının tanınması müzakirə olunub. Eləcə də, Assossiyayanın 2021-ci il üçün maliyyə hesabatı da görüş iştirakçılarının diqqətinə təqdim edilib.

 

Yekunda novbəti Baş Assambleyanın cari ilin oktyabr ayında İsveçin Stokholm şəhərində təşkil edilməsi barədə razılıq əldə edilib.