Image alternative text, required
TKTA-nın ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində daha iki onlayn təlimdə iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində  Latın Amerikası və Asiya regionu üzrə daha iki təlimdə iştirak edib. Təlimlərdə Latın Amerikası və Asiya ölkələrinin nümayəndələri ilə yanaşı İsveçdən İsveç Ali Təhsil Şurası, Andorradan Beynəlxalq Münasibətlər, Ali Təhsil və Təhsil Sistemləri Departamenti, Danimarkadan Danimarka Ali Təhsil və Elm Agentliyi, İtaliyadan İtaliya Akademik Mobillik və Ekvivalentliyə dair Məlumat Mərkəzi (CİMEA) iştirak edib.

 

Təlim çərçivəsində Latın Amerikasına dair sənədlər, xüsusi diqqət edilməli məsələlər müzakirə olunub. Latın Amerikasında əldə edilmiş təhsil səviyyəsi və ixtisası ilə Avropa təhsil müəssisələrindən əldə edilmiş  eyni təhsil səviyyəsi və bənzər ixtisaslı sənədlər müqayisə edilərək tanınmasına dair dəyərləndirilmələr aparılıb.

 

Həmçinin Asiya ölkələrinin təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaları təhlil edilərək, bəzi sual doğuran məqamlara aydınlıq gətirilib. Təlim çərçivəsində Çin, Hindistan və Pakistan ali təhsil müəssisələrinin sənədləri təlim iştirakçılarının diqqətinə çatdırılaraq, sənədlər müqayisəli şəkildə təhlil edilib. Sual doğuran məqamlara İsveç, Andorra və İtaliyadan təmsil olunan ekspertlər aydınlıq gətirib.  

 

Məlumat üçün bildiririk ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemində Latın Amerikası regionundan kvalifikasiyalarının tanınması üzrə 15, Asiya regionundan isə 500-dən çox  ərizə qeydə alınıb. Sözügedən təlimlər, ekspert qrupunun bu region üzrə daxil olan müraciətlərin ekspertizası zamanı daha da səmərəli fəaliyyətini təmin edəcəkdir

 

Qeyd edək ki, xarici kvalifikasiyaların tanınması üzrə məsul ekspertlərin bu təlimlərlə yanaşı, cari ilin may ayınadək ümumilikdə daha 2 region (Yaxın Şərq və  Avropa) üzrə keçiriləcək təlimlərdə davamlı iştirakı nəzərdə tutulub.