Image alternative text, required
TKTA-nın ekspert qrupu ENIC-NARIC şəbəkəsinin təlimində iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tanınma üzrə ekspert qrupu Avropanın ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin təşkil etdiyi növbəti “Transmilli təhsil, birgə dərəcə və ikili dərəcə proqramları” təlimində iştirak edib.

 

Vebinarın əsas müzakirə mövzusu transmilli təhsil, habelə, birgə dərəcə və ikili dərəcə proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyaların tanınması olub. Virtual təlimdə Avropa üzrə ekspertlər əlaqəli mövzuda müxtəlif ölkələrin təcrübələrini paylaşaraq, bu kimi proqramlar üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınması prosesi zamanı diqqət yetirilməli məqamları iştirakçıların diqqətinə çatdırıb.

 

Əlavə olaraq, təlimlər zamanı İsveçrə Konfederasiyasının Les Roshes Beynəlxalq Otel İdarəetmə məktəbi və Qlion Ali Təhsil İnstitutu kimi mötəbər ali təhsil müəssisələrinin akkreditasiyası müzakirə edilərək həmin ali təhsil müəssisələri ilə bağlı ölkələrin təcrübəsi barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, TKTA-nın ekspert qrupu təlimdən faydalı məlumatlar əldə etməklə yanaşı Avropa ölkələrinin təcrübəsi ilə yaxından tanış olub. Sözügedən təlim, ekspert qurupunun transmilli təhsil, birgə dərəcə və ya ikili dərəcə proqramları çərçivəsində əldə olunmuş kvalifikasiyaların ekspertizası zamanı daha da səmərəli fəaliyyətini təmin edəcəkdir.