Image alternative text, required
TKTA-nın ekspert qrupu Brüsseldə işgüzar səfərdə olub
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspert qrupu Avropa Universitetlər Assosiasiyasının təşkil etdiyi “Tanınma diqqət mərkəzində” konfransının Belçika Krallığının Brüssel şəhərində baş tutmuş yekun tədbirində ölkəmizi təmsil edib.

 

“Tanınma diqqət mərkəzində” konfransının əsas müzakirə mövzusu tanınma prossesində Lissabon Tanınma Konvensiyasının tələblərinə riayət edilməsinə dair müzakirələr və təlimlərin keçirilməsindən ibarət olub. Konfransda Avropa təhsili üzrə ekspertlər ali təhsil sənədlərinin tanınması və təhsil mövzularında müxtəlif ölkələrin təcrübələrini paylaşmış və fərqli proqramlar üzrə əldə edilmiş xarici kvalifikasiyaların tanınması prosesi zamanı diqqət yetirilməli məqamları iştirakçıların diqqətinə çatdıraraq fikir mübadiləsi aparılıb.

 

Həmçinin konfrans çərçivəsində Alman Rektorlar Konfransının (HRK) MODUS layihəsi, Norveçin Təhsildə Keyfiyyət üzrə Milli Təşkilatı (NOKUT) tərəfindən  “Arena Pathway” layihəsi təqdim olunmuş, sözügedən ölkələrin ali təhsil sisteminin xüsusiyyətləri fonunda bu ölkələrin işçi qruplarının tanınma sahəsində əldə etdiyi nəticələr və uğurlardan danışılıb.

 

Qeyd edək ki, TKTA-nı təmsil edən Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli və şöbənin əməkdaşı Lalə Məmmədova  konfrans çərçivəsində plenar və sessiya iclaslarında  aktiv şəkildə iştirak edərək, konfrans zamanı təşkil edilən təlimlərdən faydalı məlumatlar əldə edib və Avropa ölkələrinin xarici kvalifikasiyaların tanınması sahəsindəki təcrübəsi ilə yaxından tanış olublar.