Image alternative text, required
TKTA NDU və BBU-da xarici keyfiyyət təminatı üzrə təlimlər təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə  Naxçıvan Dövlət Universiteti” (NDU) və Bakı Biznes Universiteti (BBU) arasında təlim sahəsində xidmətlərin göstərilməsi ilə bağlı imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində cari ilin sentyabr və oktyabr ayları ərzində TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən universitetlərin inzibati struktur rəhbərləri və heyət üzvləri üçün xarici keyfiyyət təminatına dair təlimlər təşkil edilib. Təlimlər bağlanılan müqavilələrə uyğun olaraq “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” və “İnstitusional (və ya proqram) akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” adlı mövzuları əhatə edib.

 

Təşkil edilən təlimlər zamanı NDU və BBU-nun inzibati struktur rəhbərlərinə və heyət üzvlərinə institusional akkreditasiya çərçivəsi və “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq istiqamət, meyar və indikatorlarla bağlı nümunələr və istinadlar gətirilərək geniş izahlar verilib və müvafiq olaraq heyət üzvlərinin sualları cavablandırılıb.

 

Bundan başqa, BBU-nun “akkreditasiyanın keçirilməsinə dair təşkilat komissiyası” üzvləri üçün “İnstitusional (və ya proqram) akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatın tərtibi qaydaları” mövzusuna uyğun olaraq hesabatın tərtibinə qoyulan tələblər, qiymətləndirmədən öncə, qiymətləndirmə və qiymətləndirmədən sonrakı addımlarla bağlı təfsilatlı izahatlar verilib və müvafiq nümunələr gətirilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.