Image alternative text, required
TKTA “Naxçıvan” Universitetində təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Naxçıvan” Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən TKTA-nın peşəkar eksperti tərəfindən “Naxçıvan” Universiteti əməkdaşlarına  Xarici Keyfiyyət Təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi “Naxçıvan” Universitetinin akademik və inzibati heyətinə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”na dair geniş məlumat verməkdən ibarətdir.

 

Qeyd edək ki, Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.