TKTA TƏRƏFİNDƏN “MƏKTƏB İNSPEKTORU” VƏZİFƏSİ ÜZRƏ İMTAHAN KEÇİRİLİB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə imtahan keçirib.

 

19 dekabr 2021-ci il tarixində təşkil olunan imtahanda 88 nəfər  qadın, 52 nəfər  kişi namizəd  olmaqla, ümumilikdə 140 nəfər iştirak edib.

 

İmtahan nəticələri 15 yanvar 2022-ci il tarixində açıqlanacaqdır.

 

“Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsinin məqsədi ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.