Image alternative text, required
TKTA ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın görüşü keçirilib
Title

23 İyun 2021-ci il tarixində Təhsil Nazirliyi yanında İctimai Şuranın Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə görüşü keçirilib. Görüşdə İctimai Şuranın sədri Şahlar Əsgərov, şuranın üzvləri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər heyəti iştirak edib. Keçirilən görüşün məqsədi Agentliyin fəaliyyəti barədə şuranı məlumatlandırmaq və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənməkdən ibarət olub.

 

Görüşdə Agentliyin İdarə Heyətinin Sədri Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyəti barədə təqdimat edib. O İctimai Şuranın üzvlərinə cari il ərzində görülən işlər barədə hesabat verib. Daha sonra, İctimai Şuranın üzvlərinin hər birinin sualları aidiyyatı üzrə sədr tərəfindən cavablandırılıb. Görüşün gedişatında İctimai Şuranın üzvləri Agentliyin fəaliyyət istiqamətlərinə dair rəy və tövsiyyələrini verərək ictimaiyyəti maraqlandıran məsələlərə toxunublar.

 

Sonda İctimai Şuranın üzvləri geniş və detallı təqdimat üçün TKTA rəhbərliyinə minnətdarlığını bildirərək, onun qısa dövr ərzində uğurlu fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə şura ilə Agentlyin daha sıx əməkdaşlığında maraqlı olduqlarını xüsusi vurğulayıblar.