Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində müqavilə imzalanıb.
Müqavilə əsasında müvafiq ixtisaslar üzrə müəssisənin istehsalat bazasının icarəsinə, eyni zamanda bu ixtisaslar üzrə fəaliyyət göstərən mütəxəssislərin sual bazasının hazırlanması prosesinə və qiymətləndirmə komissiyasına ekspert olaraq cəlb edilməsinə başlanılıb.
Sözügedən əməkdaşlıq çərçivəsində bir neçə peşə ixtisasları üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesində iştirak edə biləcəklər.
Cari ildə qiymətləndirilməsi və tanınması həyata keçirilən ixtisaslar üzrə əməkdaşlıq etmək istəyən müəssisələr info@tkta.edu.az elektron ünvanından və yaxud yazılı formada rəsmi müraciət edə bilərlər.
Məlumat üzrə qeyd edək ki, Agentlik cari ildə adları aşağıda əlavə olunmuş ixtisaslar üzrə qiymətləndirmə və tanınmanı həyata keçirir: