Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Ukraynanın Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Milli Agentliyi (NAQA) arasında Anlaşma Memorandumu mübadiləsi baş tutub.
Anlaşma Memorandumunun əsas məqsədi tərəflər arasında təcrübə və məlumat mübadiləsi, ali təhsil müəssisələrinin akkreditasiyası prosesində beynəlxalq ekspert qismində iştirak, ehtiyac yaranarsa tərəflərə təlimlərin təşkili və təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçiriləcək beynəlxalq layihələrdə əməkdaşlıq etməkdən ibarətdir.
Qeyd edək ki, memorandumun imzalanması və mübadiləsi eləcə də, əməkdaşlıq sahəsində müzakirələrin aparılması TKTA-nın nümayəndə heyətinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyanın (ENQA) Baş Assambleyasına işgüzar səfəri zamanı həyata keçirilib.