Image alternative text, required
TKTA ilə Milli Observatoriya arasında görüş keçirilib
Title

12 mart 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında ikitərəfli görüş keçirilib.  

Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və hər iki qurumun struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşün əsas mövzusu əmək bazarının cari vəziyyətinə münasibətdə kvalifikasiyalara sahib şəxslərin məşğulluq göstəricilərinə dair təhlillərin aparılması olub.

Giriş nitqi ilə çıxış edən Elnur Səfərli əmək və məşğulluq, sosial müdafiə sahələri üzrə Milli Sosial Müşahidə Mərkəzi olaraq Milli Observatoriyanın fəaliyyəti haqqında məlumat verib. O, həmçinin, Milli Observatoriyanın TKTA ilə əməkdaşlıq çərçivəsində xaricdə əldə etdikləri kvalifikasiyaları TKTA tərəfindən tanınmış məzunların yerli əmək bazarında məşğulluq göstəricilərinə dair təhlillərin aparılmasının vacibliyini qeyd edib.

TKTA-nın fəaliyyət istiqamətlərindən bəhs edən Tural Əhmədov isə, Milli Observatoriya ilə əməkdaşlıq çərçivəsində bir sıra sahələr üzrə birgə təhlillərin aparılmasının əmək bazarı üçün zəruriliyini diqqətə çatdırıb. TKTA-nın İdarə Heyətinin sədri Agentlik tərəfindən qeyri-formal və informal təhsilin qiymətləndirilməsi imtahanında uğurlu nəticə qazanmış şəxslərin peşə ixtisasını təsdiq edən sənədi əldə etdikdən sonra əmək bazarında məşğulluq səviyyəsinə və işə qəbul prosesinə təsir imkanlarının təhlilinin zəruriliyini vurğulayıb.

Tədbirdə, həmçinin birgə əməkdaşlıq çərçivəsində əmək bazarının cari vəziyyətinə münasibətdə həm qeyri-formal və informal, həm də xaricdə əldə olunmuş kvalifikasiyalara dair təhlillərin aparılması və qurumlar arasında əməkdaşlıq imkanlarının gələcək istiqamətləri müzakirə edilib.

Görüşün sonunda TKTA ilə Milli Observatoriya arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.