Image alternative text, required
TKTA ilə Marsol Group və tərəfdaşı arasında görüş keçirilib
Title

23 may 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) ilə Marsol Group və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) arasında görüş keçirilib. Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Marsol Group-un təsisçisi Tural Mustafayev, ASTA-nın İdarə Heyətinin sədri Orxan Xəlilzadə, Agentliyin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak edib.

Tural Əhmədov ilk öncə Agentliyin fəaliyyət istiqamətləri haqqında qonaqları məlumatlandırıb. O, həmçinin qeyri-formal və informal təhsilin tanınmasının vətəndaşların əmək bazarına çıxışı üçün xüsusi əhəmiyyətindən danışaraq, onların bu prosesə cəlb edilməsinin vacibliyini qeyd edib. İdarə Heyətinin sədri peşə tanınması istiqamətində TKTA-nın təqdim etdiyi sənədlərin vətəndaşların məşğulluq imkanlarının genişlənməsinə müsbət təsirini qeyd edib.

Tural Mustafayev Marsol Group-un əsas missiyasının dövlət qurumları ilə sahibkarlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.

Orxan Xəlilzadə öz növbəsində yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində çoxşaxəli istiqamətlər üzrə Assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verib və  TKTA ilə gələcək əməkdaşlıq perspektivləri barədə təkliflərini bildirib.