Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “HR Option” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Əməkdaşlığın əsas məqsədi Agentlik tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar üçün istehsalat sahəsinin ayrılması, həmçinin zəruri alət, material və avadanlıqların təmin edilməsidir.
Onu da qeyd edək ki, əməkdaşlıq çərçivəsində şirkətdə müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislərin rəy və təkliflərinə əsasən sual və tapşırıqların ekspertizası da həyata keçiriləcəkdir.
Agentlik tərəfindən keçirilən praktiki imtahanlar zamanı “HR Option” MMC prosesə texniki dəstək göstərməklə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda sənəd əldə etməsinə, ümumilikdə cəmiyyətin bu prosesdən faydalanmasına dəstək olacaqdır.