Image alternative text, required
TKTA ilə “Elsevier” korporasiyası arasında görüş keçirilib
Title

17 may tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında işçi qaydada görüş keçirilib. Görüşdə “Elsevier”in Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Tayfun Basal, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Agentliyin Analitik təhlil şöbəsinin müdiri Nəriman Qəhrəmanlı iştirak edib.

 

Görüş zamanı ölkəmizin beynəlxalq və regional arenada elmi-tədqiqat fəaliyyəti üzrə əsas göstəriciləri, o cümlədən aidiyyəti sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

 

Qeyd edək ki, “Elsevier” ilə TKTA arasında əməkdaşlığın əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.