Image alternative text, required
TKTA ilə BP arasında əməkdaşlığa dair müqavilə imzalanıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə BP şirkəti arasında qeyri-formal və informal təhsilin tanınması fəaliyyət istiqaməti üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.  Belə ki, əməkdaşlıq çərçivəsində icrasına başlanılan “Qarabağa Qayıdış” lahiyəsi üzrə 40 nəfər formal təhsil ala bilməmiş məcburi köçkünün peşə ixtisasları üzrə bilik və bacarığının tanınması həyata keçiriləcəkdir.

 

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən  layihənin məqsədi azad olunmuş ərazilərə geri qayıdacaq məcburi köçkünlərin kvalifikasiyalarının tanınması ilə onların həmin ərazilərdə özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir.

 

Qeyd edək ki, “Plastik boru qaynaqçısı”, “Qənnadçı-şirniyyatçı”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi” və “Bərbər” peşə ixtisasları üzrə müraciət edən ərizəçilər ilk öncə müvafiq ixtisas üzrə təlimlərə cəlb olunacaq, daha sonra isə qiymətləndirmə prosesində iştirak edəcəklər. Qiymətləndirmə mərhələsindən uğurlu nəticə əldə etmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi əldə edəcəklər.