Image alternative text, required
TKTA İLƏ AZƏRBAYCAN UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Universitetinin əməkdaşlarına Daxili Keyfiyyət Təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təlimlərin əsas məqsədi Azərbaycan Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat vermək və daxili keyfiyyət təminatına dəstək verməkdən ibarətdir.

 

Qeyd edək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali Təhsil və Orta İxtisas Təhsili Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.