Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarına Daxili Keyfiyyət Təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Azərbaycan Turizm və Menecment Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat vermək və daxili keyfiyyət təminatına dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər Ali və Orta İxtisas Təhsili Müəssisələrini də müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edir.