Image alternative text, required
TKTA İdarə Heyətinin sədri “Gələcəyin Sahibkarları” layihəsi iştirakçılarının məzun günü tədbirində iştirak edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Marsol Karyera və İnkişaf Mərkəzinin Bakı Gənclər Mərkəzində həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçılarının məzun günü ilə əlaqədar təşkil edilmiş “NextGen” adlı tədbirdə iştirak edib.

Tədbir “Şuşam” kamera xorunun Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. Ardınca tədbirin rəsmi hissəsində Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Milli Məclisin Deputatı Vüqar İskəndərov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Destec Group-un İdarə Heyətinin sədri və ADNSU-nun rektor müşaviri Sakit Səmədov öz çıxışlarında layihənin gənc nəsil üçün əhəmiyyəti vurğulayaraq məzunları təbrik ediblər. TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarmasınada layihənin  kömək olacağı vurğulayaraq məzunları təbrik edib və məzunlara təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, ötən il TKTA ilə Marsol Group arasında əməkdaşlıq memorandumum imzalanıb. Qurulan əməkdaşlığın əsas məqsədi qeyri-formal və informal təhsilin tanınması istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət – özəl tərəfdaşlığının gücləndirilməsidir. Hazırda TKTA ilə Marsol Group arasında sıx əməkdaşlıq davam etdirilir.