Image alternative text, required
TKTA İdarə Heyətinin sədri Avrasiya Universitetlər Birliyinin (EURAS) sədri və nümayəndə heyətini qəbul edib
Title

10 mart 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova Türkiyə Respublikasının Avrasiya Universitetlər Birliyinin (EURAS) ölkəmizdə səfərdə olan sədri Mustafa Aydın və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüşdə hər iki ölkə arasında təhsildə keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsi, diplomların tanınması haqqında müzakirələr aparılıb. Bununla yanaşı, təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və tədqiqat sahəsində əməkdaşlıq, həmçinin beynəlxalq konfransların təşkil edilməsi məsələlərinə də toxunulub.

 

Qeyd edək ki, bu görüş Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası  münasibətlərin genişləndirilməsinə xidmət edəcək, eləcə də digər beynəlxalq qurumlarla da yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir.