Image alternative text, required
TKTA Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirib
Title

8 may 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” mövzusunda videokonfrans keçirib.

 

Görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü Emil Xəlilov və Agentliyin Keyfiyyət təminatı depatramentinin direktoru Lalə Abasova ilə yanaşı ali təhsil müəssisələrindən pedoqoji fəaliyyət göstərən nümayəndələr iştirak edib.

 

İlk olaraq, Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən xüsusi videoçarx görüş iştirakçılarına təqdim edilib.

 

Videokonfransda çıxış edən Elnur Nəsibov Təhsil naziri adından görüş iştirakçılarını salamlayıb. Azərbaycanda təhsilin beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi istlahatların müstəsna rolundan bəhs edib. Nazir müşaviri ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının mühüm olduğunu diqqətə çatdırıb.

 

“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” məzmununda çıxış edən Emil Xəlilov, təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verdiyini bildirib.

 

Videogörüş zamanı Lalə Abasova ümummilli lider Heydər Əliyevlə bağlı əziz xatirələrini bölüşüb. Ulu öndərin ən böyük hədəfinin gələcəyə ümidlə baxan savadlı, müasir düşüncəli və milli dəyərləri yaşadan vətəndaşdan ibarət bir dövlət  qurması olduğundan söz açıb. Dahi şəxsiyyət Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin bütün dövrün nəsillərinə dəyərli bir tövsiyə və həyatın təməl düstüru olmasının vacibliyini qeyd edib.

 

Qeyd edək ki, tədbir iştirakçıları ulu öndərin uzaqgörən siyasətinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün də təhsil sahəsinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu  xüsusi vurğulayıblar.