Image alternative text, required
TKTA GDU-da təlimlər təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə  Gəncə Dövlət Universiteti arasında təlim sahəsində xidmətlərin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən universitetin inzibati struktur rəhbərləri və heyət üzvləri üçün xarici keyfiyyət təminatına dair “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlim təşkil edilib.

Təlim müddətində universitetin inzibati struktur rəhbərlərinə və heyət üzvlərinə institusional akkreditasiya çərçivəsi və “Ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” ilə bağlı ətraflı məlumat verilərək heyət üzvlərinin sualları cavablandırılıb.    

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.