Image alternative text, required
TKTA Erasmus+ layihələrinin məlumatlandırıcı seminarında iştirak edib
Title
Azərbaycan Milli Erasmus+ Ofisi və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə Erasmus+ layihələri ilə bağlı məlumatlandırıcı seminar keçirilib.
 
Seminarın məqsədi Erasmus+ layihələrinin yaratdığı imkanlar və yeniliklər haqqında ali təhsil müəssisələrinin nümayəndələrinə ətraflı məlumat vermək olub.
 
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı (TKTA) Agentliyinin Keyfiyyət Təminatı departamentinin direktoru İlham Hümbətov çıxış edib. İlham Hümbətov öz çıxışında bildirib ki, təhsildə keyfiyyət təminatı və digər uyğun mövzular ilə bağlı hazırlanan Erasmus+ layihələrində TKTA-nın da iştirakı layihələrin qəbul potensialını artırmış olur. O, həmçinin, TKTA-da Erasmus+ və Jean Monnet layihələri üzrə təcrübəli əməkdaşların olduğunu və müraciətlərin hazırlanması, eləcə də qalib gəlmiş layihələrin düzgün idarəolunmasında ali təhsil müəssisələrini dəstəkləməyə və əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.