Image alternative text, required
TKTA əməliyyatçı mühasiblərə dövlət nümunəli sənəd təqdim edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri  bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra təltifolunma mərasimi həyata keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova  peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə   formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb və  Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib.

 

Sonda imtahanlardan yüksək nəticə əldə edən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunub.