Təhsildə Keyfiyyət Təminatı Agentliyidə əməkdaşların peşəkar və fərdi inkişafı üçün şifahi nitq və xarici dillərin tədrisi ilə bağlı təlimlər təşkil olunub.
Şifahi nitqlə bağlı təlim “Diksiya Akademiyası”nın təsisçisi və rəhbəri Cəlalə Nəzəroğlu tərəfindən keçirilib. Keçirilən təlimlərin əsas məqsədi əməkdaşların səlis danışığını təmin etmək, təqdimat bacarıqlarını artırmaq və söz ehtiyatlarının çoxaldılmasıdır.
Bununla yanaşı Agentlikdə əməkdaşlar üçün digər inkişafetdirici təlimlər də həyata keçirilməkdədir.
Qeyd etmək istərdik ki, TKTA əməkdaşlarının fəaliyyətinin effektivliyinin yüksəldilməsi, peşəkar inkişafın təmin edilməsi qurumun ən ümdə vəzifələrindən biridir.