Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “DABLY” MMC-nin təsisçisi və direktoru Leyli Zalova, sahə üzrə müstəqil ekspert qismində isə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Anar Fərzəliyev cəlb edilib.
‘Leya Couture” MMC-nin istehsalat bazasında həyata keçirilən praktiki imtahanda yüksək nəticə göstərmiş ərizəçilər sözügedən peşə ixtisası üzrə diplomla təltif olunacaqlar.
Q.Qarayev prospekti 2B (Bakı Texniki Kolleci). AZ 1060, Azərbaycan, Bakı. Agentliyə giriş Kamil Balakişiyev küçəsi.